“Ukrayna Rusiya donanmasını faktiki olaraq Krımdan çıxarıb”- “Bloomberg”

Rusiya uzun illər sonra Qara dəniz donanmasının gəmilərini Krımdan çıxarmalı olub.

Azpost.info xəbər verir ki, buna Ukraynadakı müharibə və Kiyevin Rusiya hərbi gəmilərini məhv etməkdə uğur qazanması səbəb olub.

Moskvadakı Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov “Bloomberg”ə deyib ki, artıq heç bir Krım limanı Rusiya hərbi gəmiləri üçün təhlükəsiz deyil.

Onun sözlərinə görə, Ukrayna Rusiya donanmasını faktiki olaraq Krımdan çıxarıb.

Hesablamalara görə, ümumilikdə, iki illik müharibədə Rusiya desant gəmiləri və sualtı qayıqlar da daxil olmaqla ən azı 20 gəmisini itirib. Son böyük itki dekabrın 26-da Feodosiya limanında qanadlı raketlə məhv edilən böyük desant gəmisi “Novoçerkassk” olub.

Britaniya və Fransanın “Storm Shadow” və “Skalp” qanadlı raketləri Kiyevə Krımda Rusiya donanmasına təzyiqi artırmağa imkan verdi. Xüsusilə də “Novoçerkassk” Britaniya raketi ilə vurulub, onun qalıqları limanda aşkarlanıb.

Azpost.info

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.