“Ukrayna Rusiya ilə müharibədə uduzub. Keçmiş ölkədən praktiki olaraq heç nə qalmayıb”.
Azpost.info bildirir ki, bu sözlər prezidentliyə namizəd Donald Tramp PBD podkastına müsahibəsində deyib.
“Bu müharibə uduzulub. Ukrayna artıq həmən Ukrayna deyil. Demək olar ki, hər şəhər yerlə-yeksan edilib. Bütün o gözəl qızıl qübbələr parça-parça olub. Zərər dəyməmiş şəhər qalmayıb. Demək olar ki, hər bir bina dağıdılıb, sanki oradan dağıdıcı qrup keçib”, – Tramp müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski müharibənin başlamasına görə məsuliyyət daşıyır. “Bu, ona kömək etmək istəmədiyim demək deyil, bu insanlara çox yazığım gəlir. Amma o, heç vaxt bu müharibənin başlamasına imkan verməməli idi… Ukrayna əvvəlki kimi deyil”, – Tramp bildirib.
Tramp həmçinin ABŞ-ın hazırkı prezidenti Co Baydeni Ukraynada müharibəyə təhrik etməkdə ittiham edib. Onun fikrincə, Ukrayna Putinin “əziz xəzinəsi” idi: “Putin Trampın getdiyini və ölkəni axmaqların idarə etdiyini görəndə işğal edib “xəzinəsini” götürmək qərarına gəldi. Mən Ağ Evdə olsaydım, bu baş verməzdi” -deyə keçmiş prezident vurğulayıb.
Azpost.info