Ukrayna Rusiya ordusunun cəmləşdiyi ərazilərə 19 aviazərbə endirib

Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası son sutka ərzində Rusiya ordusunun cəmləşdiyi ərazilərə 19 zərbə endirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində bildirilib.

Məlumatda deyilir ki, Ukrayna əsgərləri bundan başqa, zenit-raket komplekslərinin mövqelərinə daha iki zərbə endiriblər.

“Müdafiəçilərimiz həmçinin Su-25 təyyarəsini və “Orlan” tipli PUA-nı vurublar. Raket və artilleriya bölmələri düşmənin canlı qüvvəsinin cəmləşdiyi 14 ərazini və zenit-raket kompleksini vurub”, – məlumatda deyilir.

Əvvəlki məqalə

Masallıda qayın kürəkənin başını fincanla partladıb

Sonrakı məqalə

Ancelina Coli dünyanı Türkiyə və Suriyaya yardım etməyə çağırıb