Ancelina Coli dünyanı Türkiyə və Suriyaya yardım etməyə çağırıb

Dünyaca məşhur aktrisa Ancelina Coli “əsrin fəlakəti” adlandırılan zəlzələlərdən sonra Türkiyə və Suriyaya yardım çağırışı edib.

Aktrisa bununla bağlı İnstaqram hesabında video paylaşıb.

Videoda Kahramanmaraşda dağıntılar altında həyatını itirən atanın qızının əlindən tutduğu foto, Hatayın pilotsuz təyyarə ilə çəkilmiş şəkli və Suriyada axtarış-xilasetmə işlərindən bir kadr da yer alıb.

Xeyriyyə kampaniyasının linkini də izləyiciləri ilə paylaşan məşhur aktrisa, “Ürəyim Türkiyə və Suriya xalqının yanındadır. Bir çox ailənin çəkdiyi ağlasığmaz ağrıları anlamaq çətindir. Ümid edirəm ki, başqaları da ianə etməyi düşünər”, – sözlərini əlavə edib.

Əvvəlki məqalə

Ukrayna Rusiya ordusunun cəmləşdiyi ərazilərə 19 aviazərbə endirib

Sonrakı məqalə

Dubay-Mahaçqala təyyarəsi güclü dumana görə Bakıya enib