Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib

Ukrayna hərbçiləri Rusiyanın daha bir “Kovrovets” mina gəmisini məhv ediblər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin (USQ) Hərbi Dəniz Qüvvələri xəbər verir.

“Bu gecə Ukrayna müdafiə qüvvələri Rusiya Qara Dəniz Donanmasının 266 M layihəli “Kovrovets” gəmisini məhv edib”, – məlumatda bildirilir.

266 M layihəli “Kovrovets” – mina gəmisidir. Onun əsas vəzifəsi gəmilərə nəzarət etmək, kəşfiyyat və yoxlama aparmaq, mina sahələrində dəhlizlər çəkmək və minalanmada iştirak etməkdir. Bu gəmi 1974-cü ildə SSRİ donanmasına daxil edilib və əvvəlcə “Kursk Komsomolets” adlandırılıb. 1992-ci ildə ona “Navodçik” adı verilib və artıq 1999-cu ildə indiki adını alıb. “Kovrovets” Atlantik okeanında, Fars körfəzində əməliyyatlarda iştirak edib, Suriya sahillərində patrul olub. 2016-2017-ci illərdə sözügedən mina gəmisi Rusiya Federasiyasının Aralıq dənizi donanmasına daxil edilib.

Əvvəlki məqalə

Ağsu yolunda asfalt çöküb, yol bağlanıb

Sonrakı məqalə

Çində kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb