Ukrayna Rusiyanın neft zavoduna PUA zərbəsi endirib, zavod yanır

Rusiyanın Ryazan vilayətində dron hücumuna məruz qalan neft emalı zavodu yanır.

Bu barədə “BAZA” “Telegram” kanalı məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, hücum gecə saat üç radələrində baş verib. Yerli sakinlərin jurnalistlərə verdiyi məlumata görə, əvvəlcə gurultu eşidilib, sonra isə iki partlayış baş verib.

Hazırda əraziyə müvafiq strukturların bölmələri cəlb edilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.