Ukrayna Rusiyanın Qara dənizdəki yeganə neft zavoduna zərbə endirib

Mayın 17-də səhər saatlarında Ukraynaya məxsus iki dron “Rosneft”in Tuapsedəki neft emalı zavoduna hücum edib.

Azpost.info xəbər verir ki, bu, Rusiyanın 10 ən böyük zavodundan biri və ölkənin Qara dəniz sahilində yeganə belə müəsisəsidir.

“Dron zərbəsi nəticəsində zavodun ərazisində yanğın baş verib, xüsusi xidmət orqanları onu söndürməyə başlayıb. İlkin məlumata görə, tələfat yoxdur”, – Krasnodar vilayətinin operativ qərargahından bildirilib.

“Shot” yazır ki, iki dəfə partlayış səsi eşidilib. Birincisi təxminən saat 5:20-də baş verib, bir müddət sonra da ikincisi eşidilib. Bundan sonra yerli sakinlər neft zavodunun ərazisində tüstülənməni müşahidə ediblər.

“Rosneft”in məhsullarını Malayziya, Çin, Sinqapur və Tayvana ixrac edilən Tuapse neft emalı zavodu yanvarın sonunda da dronların hücumuna məruz qalmışdı. Sonra vakuum qurğusunun zədələnməsi səbəbindən ay yarım neft emalı və neft məhsullarının istehsalını dayandırmışdı.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.