Ukrayna sabahkı görüşdə Rusiyaya nə təklif edəcək? –Reuters

Rusiya  ilə sabahkı danışıqlar zamanı Ukrayna 30 günlük atəşkəs və yeni məhbus mübadiləsi təklif edəcək.

AzPost-un məlumatına görə, Reuters sənəd layihəsinə istinadən yazır ki, Rusiyanın təzminat ödəməsi məsələsi də qaldırılacaq.

Planın birinci bəndi ən azı 30 gün ərzində tam atəşkəsdir. Bundan sonra “hamısı hamı ilə” düsturuna əsasən əsirlərin dəyişdirilməsini və qeyri-qanuni yolla Rusiyaya aparılan uşaqların geri qaytarılması nəzərdə tutulur. Daha sonra Zelenski ilə Putin arasında görüş planlaşdırılır.

Plana görə, Kiyev və Moskva ABŞ və Avropanın iştirakı ilə müharibəni dayandırmaq üçün razılaşa biləcəkləri şərtlərin hazırlanması üzərində çalışacaqlar.

Çərçivə şərtlərinə həmçinin sülh sazişindən sonra Ukraynanın hərbi gücünə heç bir məhdudiyyətin qoyulmaması, Rusiyanın Ukraynanın işğal olunmuş əraziləri üzərində suverenliyinin beynəlxalq səviyyədə tanınmaması və Rusiya tərəfindən təzminat ödənilməsi daxildir.

Sənəddə həmçinin qeyd olunur ki, cəbhə xəttinin hazırkı yeri ərazilər üzrə danışıqların başlanğıc nöqtəsi olacaq.

“Bu şərtlər Rusiyanın son həftələrdə açıqladığı tələblərdən əhəmiyyətli dərəcədə fərqlənir”, – deyə Reuters yazır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.