Ukrayna tanklarının Belqoroda daxil olması Putinə məruzə edilib- Açıqlama

Rusiya Müdafiə Nazirliyi, FTX və Sərhəd Xidməti  Belqorod vilayətində baş verənlərlə bağlı prezident Vladimir Putinə məlumat verib.

Azpost.info xəbər verir ki, Putinə bildirilib ki, 22 may bazar ertəsi günortadan sonra Ukrayna ərazisindən zirehli maşınlarda silahlı qrup daxil olub.

Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, hazırda Ukrayna təxribat qrupunun sıxışdırılması və məhv edilməsi istiqamətində iş gedir və ərazidə kifayət qədər qüvvə var.

“Biz belə təxribatın məqsədini mükəmməl başa düşürük. Məqsəd diqqəti Baxmut istiqamətindən yayındırmaq, Ukrayna tərəfinin Artemovskı itirməsinin siyasi təsirini minimuma endirmək”, – Peskov deyib.

Hərbi müxbirlər səhər saatlarında Ukraynadan hərbi qrupun sərhədi yarması barədə məlumat yayıblar və daha sonra məlumatı Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov da təsdiqləyib.

Belqorod vilayətinin Qraivoronovski rayonunun administrasiyasındakı mənbə “Baza”ya bildirib ki, yaxın vaxtlarda sərhədyanı kəndlərdə təxliyə elan oluna bilər.

Azpost.info

Əvvəlki məqalə

Çin Orta Asiya ölkələrinə hərbi ittifaq təklif edir

Sonrakı məqalə

“Azərbaycanın milli valyutası stabil qalacaq”