Ukraynada deputat iclasda qumbara partladıb, 26 nəfər yaralanıb- FOTOLAR+VİDEO

Ukraynanın Zakarpatiya bölgəsində Keretskovski kənd şurasının binasında bir deputat qumbara partladıb, nəticədə 26 nəfər yaralanıb.

Azpost.info xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, saat 11.37-də polisə deputatlardan birinin Mukaçevo rayonunun Keretskovski kənd sovetinin iclası zamanı qumbaraatanları partlatması barədə məlumat daxil olub.

Hadisə nəticəsində 26 nəfər xəsarət alıb, onlardan 6-nın vəziyyəti ağırdır.

Qumbaraları partladan şəxsə qarşı həkimlər reanimasiya tədbirləri həyata keçirirlər.

Hadisə yerində bütün müvafiq xidmətlər, polisin əməliyyat-istintaq qrupu, partlayıcı maddələr üzrə ekspertlər və kriminoloqlar işləyir.

İbtidai istintaq hərəkətləri davam etdirilir.

Azpost.info

Əvvəlki məqalə

Macarıstan Ukraynaya yardımın yolunu yenə bağladı

Sonrakı məqalə

Bu il Azərbaycanda 94 mindən çox körpə doğulub