Yanvarın 1-dən Ukraynada minimum əməkhaqqı artıb.
Ölkənin Nazirlər Kabinetinin saytına istinadla xəbər verir ki, minimum əməkhaqqı 4723 qrivna (190 ABŞ dolları) təşkil edəcək. Bu da əvvəlki rəqəmlə müqayisədə 550 qrivna, 13 faiz çoxdur.
Nazirlər Kabinetinin proqnozuna görə, 2020-ci ildə Ukraynada orta aylıq əməkhaqqı 12 497 qrivna (514 ABŞ dolları), 2021-ci ildə 14 187 qrivna (584 ABŞ dolları) və 2022-ci ildə 16 014 qrivna (659 ABŞ dolları) olacaq.(Azərtac)