Ukraynada müharibə başlayandan Rusiya ordusu 3 min zabitini itirib

Ukraynada müharibə başlayandan Rusiya ordusu 2989 zabitini itirib. Onlardan 341 nəfəri polkovnik-leytenant və ondan yuxarı rütbədədir.

Azpost.info xəbər verir ki, bu barədə “Mediazona” məlumat yayıb.

Ən çox öldürülən zabitlər motoatıcı qoşunlarda (602 nəfər) və hava-desant qoşunlarında (412 nəfər) olub. Sonra tankçılar (188), artilleriyaçılar (171), hərbi pilotlar (170), dəniz piyadaları (135), milli qvardiya (132) və xüsusi təyinatlılar (115) gəlir.

Səfərbərlik və könüllü zabitlər sıralarında zabitlərin itkiləri müvafiq olaraq 217 və 192 nəfərdir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.