“Ukraynada müharibə qlobal tənəzzülə səbəb olmayacaq” –BVF

Ukraynada müharibə qlobal iqtisadiyyatı yavaşladacaq, lakin qlobal tənəzzülə səbəb olmayacaq“.

Azpost.info xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva deyib.

Eyni zamanda, o qeyd edib ki, hələ də COVID-19 pandemiyası ilə mübarizə aparan bəzi inkişaf etməkdə olan ölkələr ərzaq və enerji qiymətlərinin artması fonunda tənəzzül təhlükəsi ilə üzləşə bilər. Eləcə də inkişaf etmiş ölkələrdə daha yüksək faiz dərəcələri səbəbindən maliyyə şərtlərinin sərtləşməsi baş verə bilər.

Azpost.info

Əvvəlki məqalə

Belarus müxalifətinin lideri Lukaşenko ilə bağlı müraciət etdi

Sonrakı məqalə

Netflix Rusiya istifadəçiləri üçün yayımı bağlayıb