“Ukraynada müharibənin nə qədər davam edəcəyi məlum deyil” –PENTAQON

“Ukraynadakı müharibənin diplomatik yolla bitmədiyi təqdirdə, nə qədər davam edəcəyi məlum deyil”.

Azpost.info xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi deyib.

Kirbi bildirib ki, Rusiya prezidenti Vladimir Putinin diqqətini daha kiçik coğrafi əraziyə cəmləməsi zorakılığın davam edəcəyini göstərir: “Bu, hətta bütün Ukrayna boyu daha da güclənə bilər”.

Eyni zamanda o, Ukraynanın müharibədə mütləq qalib gələ biləcəyini vurğulayıb: “Rusiya liderinin strateji məqsədlərinə nail ola bilməməsi buna sübutdur. Mariupol hələ alınmayıb. Rusiya qoşunlarını Kiyevdən, Çerniqovdan çıxarıb. Xarkov alınmayıb. Cənubda Nikolayevi tutmayıblar”.

Azpost.info

Əvvəlki məqalə

Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb

Sonrakı məqalə

Avstraliya Rusiya siyasi elitası və oliqarxlarına sanksiya tətbiq edib