Ukraynada silahlı şəxs 20 sərnişini girov götürüb –

Ərazidə partlayış səsləri eşidilib
21 İyul 2020 - 17:22

Ukraynada silahlı şəxsin avtobusda 20 nəfər sərnişini girov götürdüyü ərazidə partlayış səsləri eşidilib.

APA-nın xəbərinə görə, bu barədə 24tv.ua-nın hadisə yerində olan əməkdaşı bildirib.

“20 dəqiqə əvvəl 3 partlayış baş verib. Hərbçilər mənim yanımda olanda dedilər ki, guya bu, əl qumbarasının səsi olub. Tüstü dumanı görünürdü”, – deyə o qeyd edib.

Hadisə zamanı heç kim xəsarət almayıb. 

***

saat 13:05

Ukraynada silahlı şəxs avtobusda 20 nəfər sərnişini girov götürüb.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.

Hadisə Ukraynanın Lutsk şəhərində qeydə alınıb. Silahlı şəxsin nə tələb etdiyi hələlik məlum deyil.

Polisin məlumatına görə, şəhərin mərkəzi küçələri bağlanıb.