“Qisas əməliyyatı nəticəsində onlarla düşmən məhv edilib” –Azərbaycan Prezidenti

“Bu yaxınlarda Ermənistanın hərbi təxribatı nəticəsində şəhidlərimiz olub, qan tökülüb, o cümlədən mülki vətəndaş həlak olub”.

Bunu iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Ermənistan ordusu Tovuz istiqamətində torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya hücumu təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb: “Dərhal lazımi tədbirlər görülüb, qisas əməliyyatı keçirilib və qisas əməliyyatı nəticəsində onlarla düşmən məhv edilib. Onların texnikası məhv edilib. Yəqin ki, siz də internetdə o görüntüləri görmüsünüz ki,  Azərbaycan ordusu sərrast atəşi ilə dəqiqliklə Ermənistanın dayaq məntəqələrini, idarəetmə məntəqələrini və digər hərbi infrastruktur necə məhv edir! Biz bunu nəyin hesabına edirik? Müasir silahlar hesabına. Bu silahlar Azərbaycanda istehsal olunmur. Bu silahların qiyməti çox yüksəkdir. Bizim maddi imkanlarımız olmasa, onu edə bilməzdik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Döyüşlərdə könüllü iştirak üçün müraciət edənlərin sayı 50 mini keçib –

Sonrakı məqalə

Ukraynada silahlı şəxs 20 sərnişini girov götürüb –