Ukraynada silahlı şəxs 20 sərnişini girov götürüb –Ərazidə partlayış səsləri eşidilib

Ukraynada silahlı şəxsin avtobusda 20 nəfər sərnişini girov götürdüyü ərazidə partlayış səsləri eşidilib.

APA-nın xəbərinə görə, bu barədə 24tv.ua-nın hadisə yerində olan əməkdaşı bildirib.

“20 dəqiqə əvvəl 3 partlayış baş verib. Hərbçilər mənim yanımda olanda dedilər ki, guya bu, əl qumbarasının səsi olub. Tüstü dumanı görünürdü”, – deyə o qeyd edib.

Hadisə zamanı heç kim xəsarət almayıb. 

***

saat 13:05

Ukraynada silahlı şəxs avtobusda 20 nəfər sərnişini girov götürüb.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.

Hadisə Ukraynanın Lutsk şəhərində qeydə alınıb. Silahlı şəxsin nə tələb etdiyi hələlik məlum deyil.

Polisin məlumatına görə, şəhərin mərkəzi küçələri bağlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qisas əməliyyatı nəticəsində onlarla düşmən məhv edilib” –

Sonrakı məqalə

“Sözümdən bir həftə keçməyib, 50 minə yaxın Azərbaycan vətəndaşı Vətəni qorumaq üçün müraciət edib” –