Rusiyanın başlatdığı müharibə səbəbindən Ukraynada kənd təsərrüfatı sahələrinin 30 faizindən çoxu bu il taxıl əkmək üçün yararlı olmayacaq.
Azpost.info xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin hesabatında deyilir. Əsas səbəblər kimi, aktiv döyüş əməliyyatları, eləcə də tarlalarda çoxlu sayda mina və digər sursatların qalması göstırilir.
“Kənd təsərrüfatı sahələrinin 30 faizindən çoxundan buğda, arpa, günəbaxan və qarğıdalı əkmək üçün istifadə etmək mümkün olmayacaq. Davamlı hərbi əməliyyatlar qlobal ərzaq fəlakətinə səbəb ola bilər. Çünki ərzaq böhranı yaşayan 55 ölkədən 36-sı Ukraynadan və Rusiyanın ixracından asılı idi”, – hesabatda qeyd olunur.
Azpost.info