“Rusiya ilə Ukrayna arasındakı münaqişə digər ölkələrə də təsir edir. Xüsusilə, Şimali Atlantika Alyansı üçün təhlükə yaradır”.
Bu fikri ABŞ Prezidenti Co Bayden deyib.
“Bu mübarizə Ukraynadan çox-çox kənara çıxır. Onlar bütün NATO-ya, Avropanın təhlükəsizliyinə və transatlantik münasibətlərin gələcəyinə təsir edir”, – o, Ağ Evin saytındakı bəyanatında bildirib.
O, Rusiyanın bəzi NATO müttəfiqlərini təhdid etdiyini açıqlayıb. Bayden hesab edir ki, bu, öz növbəsində ABŞ-ın Ukrayna münaqişəsinə cəlb olunma şansını artırır.
Amerika lideri həmçinin bildirib ki, ABŞ vətəndaşları fəxr etməlidirlər ki, onların ölkələri Ukraynaya kömək edir.