Ukraynadan daha 9 azərbaycanlı vətənə gətirilib

Ukraynada çətin vəziyyətdə qalan soydaşlarımız vətənə gətirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  bildirilib ki, Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 nəfər soydaşımız Xerson vilayətindən Rusiya paytaxtına gətirilib, oradan isə Azərbaycan təxliyə olunublar.

Təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.

Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib.

Əvvəlki məqalə

“Rusiya bura həmişəlik gəlib” –

Sonrakı məqalə

“Qulaqlarının dibini görərlər” –