Ukraynalı şahmatçıların Moskvada meyiti tapılıb

- FOTO
06 Mart 2020 - 12:24

Rusiyanın paytaxtı Moskvada şahmatçılar Stanislav Boqdanoviç və sevgilisi Aleksandra Verniqoranın meyiti tapılıb.

Apasport.az saytının məlumatına görə, hadisə yerində azot oksidi ilə dolu olan hava şarları aşkarlanıb.

Bu üzdən ilkin olaraq ukraynalı zəka sahiblərinin ölümünün qazla bağlılığı ehtimal edilir. Hadisə ilə bağlı araşdırmalar aparılır.