“Ukraynanı və əks-hücumunu dəstəkləmək üçün hər şeyi edirik”- SALLİVAN

“Birləşmiş Ştatlar “The Washington Post”un Kiyevin hücumunun perspektivləri ilə bağlı kəşfiyyat məlumatlarını şərh etmir”.

Azpost.info xəbər verir ki, bunu bugündə brifinqdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Kəşfiyyat hesabatları haqqında danışmayacağam. Son iki ildə müxtəlif mənbələrdən bu müharibənin gedişatı və nəticəsi ilə bağlı çoxlu analitik məlumatlar yayılıb. Döyüş meydanındakı vəziyyətə görə biz bu analitikada çoxlu dəyişikliklərin şahidi olmuşuq. Buna görə də, dəfələrlə qeyd etdiyimiz kimi, biz Ukraynanı və onun əks-hücumunu dəstəkləmək üçün hər şeyi edirik”.

Qeyd edək ki, “The Washington Post” ABŞ kəşfiyyat agentliklərinin məlumatlarına istinadən Ukraynanın əks-hücum əməliyyatının uğursuzluğa düçar olacağını yazıb.

Azpost.info

Əvvəlki məqalə

Putin payızda Qazaxıstana səfər edəcək

Sonrakı məqalə

Ermənistan kəşfiyyat-diversiya qrupunun üzvü barəsində həbs qətimkan tədbiri seçilib