Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar bu tarixdə başlayacaq

Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara Macarıstan Avropa Şurasının müvəqqəti sədri olmamışdan əvvəl – iyun ayında başlamağı tövsiyə edəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times”a mənbələr bildiriblər.

Gözlənilir ki, Avropa Komissiyası Ukraynanın Aİ-yə daxil olmaq üçün bütün zəruri meyarlara cavab verdiyini bəyan edəcək.

Nəşrin yazdığına görə, AK iyunun 7-də Ukraynanın Avropa İttifaqına daxil olmaq üçün tələb olunan addımları atdığını, o cümlədən məmurların gəlirlərinin bəyan edilməsi ilə bağlı yeni qaydalar qəbul etdiyini, siyasi lobbiçilik və korrupsiya ilə mübarizə tədbirləri gördüyünü və azlıqların dillərini qorumaq üçün addımlar atdığını bəyan edəcək.

Belçika danışıqların ilk raundunun iyunun 25-də keçirilməsinə çağırır. Macarıstanın buna etiraz edəcəyi gözlənilir.

Azpost.info

Əvvəlki məqalə

Antalyada Zevs və Afroditanın heykəlləri tapılıb

Sonrakı məqalə

Sertifikasiyadan kəsilən müəllimlər MİQ-də iştirak edə bilər? –