Ukraynanın Baş nazirinin Azərbaycana səfəri planlaşdırılır

Ukraynanın Baş naziri Denis Şmıqalın rəhbərlik etdiyi nümayəndə heyətinin iyunun sonlarında Azərbaycana səfəri planlaşdırılır.

Bu barədə Azərtac-a Ukrayna Nazirlər Kabinetindəki mənbədən məlumat verilib.

Denis Şmıqalın səfər çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulur.

Görüşlərdə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin artırılması üçün həyata keçiriləcək layihələr, infrastruktur, informasiya texnologiyaları, kənd təsərrüfatı, energetika sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İsrailin Aşkelon şəhəri raket atəşinə məruz qalıb-

Sonrakı məqalə

Prezident Kazandakı terror aktına görə Putinə başsağlığı verib