“Ukraynanın ixraca hazır on milyard dollarlıq taxılı var”- ZELENSKİ

Prezident Vladimir Zelenski bildirib ki, Ukraynanın ixraca hazır təxminən 10 milyard dollarlıq taxılı var.

Azpost.info xəbər verir ki, o, ötənilki məhsulun 20 milyon tonunun ixrac olunacağını deyib.

“Builki məhsul artıq yığılır və o da satıla bilər. Bunlar fermerlərin, bütün kənd təsərrüfatı sektorunun və dövlət büdcəsinin gəlirləridir. Bunlar işdir. Bizim artıq təxminən 10 milyard dollar dəyərində taxılımız var”, – Zelenski videomüraciətində bildirib.

Ukrayna prezidenti BMT baş katibi Antonio Quterreş və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Ukrayna taxılının ixracı istiqamətində göstərdikləri səylərə görə təşəkkür edib.

O, BMT-yə güvəndiyini deyib: “İndi müqavilələrə əməl olunmasını təmin etmək onların və beynəlxalq tərəfdaşlarımızın məsuliyyətidir”.

Zelenski hesab edir ki, razılaşmanın bütün bəndləri Ukraynanın maraqlarına uyğundur.

Azpost.info

 

Əvvəlki məqalə

Sabiq Baş naziri öldürən qatil barədə qərar verildi –

Sonrakı məqalə

Küləkli hava şəraiti davam edəcək