“Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar hələ razılaşdırılmayıb”- STOLTENBERQ

NATO-nun Vilnüs sammiti ərəfəsində hərbi-siyasi blokun üzvləri Ukraynanın Alyansa qoşulmaq istəyi ilə bağlı yekun bəyanatdakı ifadələrə dair hələ razılığa gələ bilməyiblər.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

O qeyd edib ki, məsləhətləşmələr davam edir və iyulun 10-da bu mövzu yenidən müzakirə olunacaq.

“Məsləhətləşmələr davam edir, bu gün bu məsələ ilə bağlı daha çox görüşlər keçiriləcək. Hələlik yekun qərar verilməyib, lakin mən əminəm ki, bütün müttəfiqlər bu məsələ ilə bağlı aydın mesaj verə biləcəklər”, – Baş katib qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Əhalisi çox olan ölkələr hansılardır? –

Sonrakı məqalə

“Abşeron” qaz yatağında hasilata başlanılıb