Ukraynanın sabiq rəhbəri Putinə “Don Kixot” dedi:“Siz imperiyanın bərpasına doğurdan inanırsınız?”

“Cənab Putin, siz doğurdanmı müharibə istəyirsiniz?”

Azpost.info bildirir ki, bu sözləri Ukraynanın birinci prezidenti Leonid Kravçuk jurnalist Dimitri Qordona verdiyi müsahibədə deyib.

Jurnalist sabiq dövlət başçısına “əgər Rusiya prezidenti Putinlə təkbətək oturub danışmaq imkanınız olsa idi ondan nə soruşardınız?” sualına Kravçukun cavabı maraqlı olub.

O deyib ki, Putinə 2 sualı  var: “Ona deyərdim ki, təqvimlə götürsək uzun bir dövr yaşamışam, çox şey görmüşəm. Məni bir məsələ maraqlandırır: Siz doğurdan Rusiyanın dünyada birinci dövlət olacağına inanırsınız? Siz doğurdan inanırsınız ki, Rusiya imperiyasının əraziləri bərpa olunacaq və siz onun başçısı olacaqsınız? Mənə “hə” ya da “yox” cavabı verin. O mənə “hə” cavabını versə Putinə “Don Kixot”u oxumağı məsələhət görərdim”.

Kravçuk daha sonra ikinci sualını ünvanlayıb: “Siz başa düşürsünüz Ukrayna üçün Donbasda müharibə nə deməkdir? Mən əminəm ki, ruslar bunu istəmirlər. Efirdə göstərdikləri rus analarının göz yaşları ukraynalı anaların göz yaşları qədər acıdır. Siz doğurdan müharibə istəyirsiniz?”.

Kravçuk Putinin Ukrayna ilə bağlı siyasətini tənqid edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britaniyada bir gündə 148 nəfər koronavirusun qurbanına çevrilib

Sonrakı məqalə

Məşhur hind aktyoru Amitabx Baççan koronavirusa yoluxub