Türkiyə parlamentində İdlibə görə dava düşdü –Deputatlar bir-birini yumruqladılar (VİDEO)

Türkiyə Böyük Millət Məclisinin iclasında deputatlar əlbəyaxa olublar.

Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Engin Özkoçun çıxışı zamanı gərginlik yaşanıb. İdliblə bağlı qətnamənin danışıqları zamanı CHP-li Engin Özkoç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əleyhinə sərt  ifadələr işlədib.

Özkoç çıxışına davam edərkən bir qrup AKP-li millət vəkili onun üstünə gedib.

CHP-li deputatların da olaya qarışmasından sonra millət vəkilləri əlbəyaxa olub və yumruqlar işə düşüb.

Qeyd edək ki, Ankara Prokurorluğu CHP qrup sədrinin birinci müavini Engin Özkoç hakkında “Prezidentə həqarət” ittihamı ilə araşdırmaya başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ukraynanın yeni Baş naziri təyin edilib –

Sonrakı məqalə

Putin koronavirusla bağlı məxfi məlumatı açıqladı: