“Ukraynda müharibə uzansa, qiymətlər yüksələcək” –BVF-dən xəbərdarlıq

Rusiyanın Ukraynaya qarşı müharibəsi uzunmüddətli perspektivdə qlobal iqtisadi nizamı dəyişə bilər.

Azpost.info xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondundan (BVF) bildiriblər. BVF xatırladıb ki, müharibə insan iztirabları, qaçqın axını ilə yanaşı, ərzaq və enerji qiymətlərinin artmasına gətirib çıxarır, inflyasiyanı artırır, gəlirləri azaldır.

Eyni zamanda, Ukrayna ilə qonşu ölkələrə ticarət, təchizat və pul köçürmələri zəncirlərini pozur: “Bu cür vəziyyət biznesin inamını sarsıdır və investorlar arasında qeyri-müəyyənliyə səbəb olur. Bu da aktivlərin qiymətlərinin aşağı düşməsinə, daha sərt maliyyə şərtlərinə və inkişaf etməkdə olan bazarlardan kapital axınına səbəb ola bilər”.

BVF qeyd edib ki, münaqişə qlobal iqtisadiyyata böyük zərbədir və qiymətləri yüksəldəcək.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin və Paşinyan Qarabağda vəziyyəti müzakirə edib

Sonrakı məqalə

Zelenski ABŞ Konqresində çıxış etdi –