Ümid Partiyası bələdiyyə seçkilərinə gedir

- Ali Məclis qərar verdi
26 Oktyabr 2019 - 14:09

Ümid Partiyası bələdiyyə seçkiləri ilə bağlı qərar verib.

“Report”un xəbərinə görə, bu gün siyasi təşkilatın Ali Məclisinin iclası keçirilib.

Toplantıda Ümid Partiyasının dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirakı məsələsi müzakirə olunub.

Sonda partiyanın seçkilərdə iştirak etməsi barədə qərar qəbul olunub.