Unibank kartlarının balansında yaranan dəyişikliklər artıq həllini tapıb. Kartların balansı bərpa olunub.
Bununla bağlı Unibank açıqlama yayıb: “Məsələyə operativ münasibət bildirən bütün müştərilərimizə təşəkkür edirik! Belə həssas məqamda məsələyə daha soyuqqanlı yanaşan və son anadək hər kəsin bankına güvənən, etibar edən və sosial şəbəkələrdə ədalətli mövqe nümayiş etdirən müştərilərimizə isə xüsusi minnətdarlıq bildiririk”, – deyə açıqlamada qeyd edilib.
Xatırladaq ki,Unibankın bəzi müştərilərinin kartlarının balansında dəyişiklik baş vermişdi. Bu isə müştərilər arasında ciddi narahatlıq yaratmışdı. Bank verdiyi açıqlamada bildirmişdi ki, bayram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub.