Azərbaycanda 25 dekabr tarixindən unun son topdansatış qiymətləri məlum olub.
AzPost Trend-ə istinadən xəbər verir ki, qeyd olunan tarixdən etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26,10-28,60 manat arasında dəyişir.
Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü “Dəvəçi-Taxıl” MMC (26 manat 10 qəpik), ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-dir (28 manat 60 qəpik).
Beləliklə, bundan əvvəlki göstərici ilə müqayisədə 50 kq-lıq unun yuxarı həddinin topdansatış qiyməti 20 qəpik bahalaşıb, aşağı həddi isə dəyişməz qalıb. Buna qədər isə qiymətlər 26,10-28,40 manat arasında dəyişirdi.
Bu ilin dekabrın 25-dən etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun son topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:
“ATS MİLL”, “Anadoluqida”, “AVETA”, “KARAT HOLDİNQ” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,70 manat (buna qədər 27,30 manat idi);
“Azeri-Arapoğlu U.S.və T.LTD” BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28,60 manat;
“Bakı Taxıl Terminalı”, “Dəniz un sənayesi LTD”, “Karmen”, “Sünbül 2012”, “Taxıl AQRO”,
“Xırman”, “Ağsu Taxıl” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,60 manat (buna qədər 27,20 manat idi);
“Dəvəçi-Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,50 manat (buna qədər 27,30 manat idi);
“Dəvəçi-Taxıl” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,10 manat;
“Gəncə Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,90 manat (buna qədər 27,50 manat idi);
“Nural” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28 manat;
“Hazartürk LTD” və “SKY AGRO” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,50 manat;
Nadir Quliyev adına Bakı-Taxıl” ASC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,55 manat;
“Nural” və “Osmanlı Taxıl” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28,20 manat;
“Orxan UN” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,65 manat;
“PAK-NUR” FİRMASI, “Qarabağ un” MMC, “Avrora” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,40 manat;
“Sarı Sünbül” və “Ungrano” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,80 manat;