Çox yağlı və duzlu qidalar, siqaret və oturaq həyat tərzi ürəyi “öldürür”.
Azpost.info xəbər verir ki, mütəxəssislərə görə, fiziki aktivliyin olmaması ürək-damar sistemi xəstəliklərinin inkişaf riskini artırır.
“Yağlı və duzlu qidaların bolluğu, siqaret və oturaq həyat tərzi ürəyi “öldürür”. Yağlı qidalar qanda xolesterinin səviyyəsini artırır. Qızardılmış və yağda bişmiş yeməklərdən çəkinin. Qızartdıqdan sonra hətta tərəvəzlər də faydalı xüsusiyyətlərini itirə bilər. Məsələn, 100 qram bişmiş kartofda 93 kalori və 0 q yağ, “kartof-fri”də isə 319 kalori və 17 qram yağ, hətta trans yağlar var.
Duz qan təzyiqini artırır və ürəyin işini pozur. Həddindən artıq duz qəbulu hipertoniyanın əsas səbəbidir. Belə ki, natrium xlorid bədənimizə daxil olaraq içindəki suyu saxlamağa başlayır və bununla da dövran edən qan həcmini artırır və nəticədə təzyiq yüksəlir. Günlük optimal duz miqdarı 3-5 qramdır.
Bundan başqa, aiqaret çəkmək də ürəyin yükünü artırır. Eyni zamanda fiziki fəaliyyətin olmaması ürək-damar xəstəliklərinin inkişaf riskini artırır və yüksək təzyiqə səbəb olur”, – həkimlər xəbərdarlıq edir.
Azpost.info