Ürək xəstələri üçün ölüm riskinin yüksək olduğu günlər hansıdır? –ELMİ ARAŞDIRMA

Alimlər ürək problemləri olan insanlar üçün  ölüm riskinin artdığı günlərin adlarını açıqlayıblar.

Azpost.info bildirir ki, Bialystok Tibb Universitetinin alimləri müəyyən ediblər ki, ürək çatışmazlığından əziyyət çəkən xəstələr havanın çirklənməsinin yüksək olduğu günlərdə daha çox ölürlər.

Tədqiqat Avropa Kardiologiya Cəmiyyətinin (ESC) Elmi Konqresində təqdim olunub.

Alimlər 2016-cı ildən 2020-ci ilə qədər Şərqi Polşanın beş əsas şəhərində ölümlə bağlı məlumatlardan istifadə ediblər. Müxtəlif şəhər ərazilərində hava çirkləndiricilərinin konsentrasiyası (PM2.5 və PM10) barədə məlumatlar Ətraf Mühitin Mühafizəsi Müfəttişliyindən əldə edilib.

Beş illik araşdırma zamanı ümumilikdə 87,990 ölüm qeydə alınıb. Onlardan 7,404-ü ürək çatışmazlığından olub. Ürək çatışmazlığından dünyasını dəyişənlərin orta yaşı 74 olub.

Ən çox ölüm qışda, ən az isə yayda baş verib və gündə orta hesabla müvafiq olaraq 1,03 və 0,69 nəfər olub. Havada PM2.5 və PM10-un 10μg/m3 artması ürək çatışmazlığından ölüm riskinin müvafiq olaraq 10% və 9% artması ilə əlaqəli olub.
Tədqiqat onu göstərir ki, ürək çatışmazlığı olan xəstələr çirklənmiş ərazilərdə az olmalıdırlar. Məsələn, nəqliyyatın intensiv hərəkəti olan yerlərdə açıq havada məşq etməkdən çəkinməlidirlər. Evdə isə xüsusi hava təmizləyicilərindən istifadə etməlidirlər.

Azpost.info

Əvvəlki məqalə

Moskva Ukrayna münaqişəsinin dondurulması ehtimalını rədd edib

Sonrakı məqalə

Ronaldo Səudiyyə futbolunun gələcəyindən danışdı