Uşaqların elektrik naqili ilə zarafatı faciə ilə nəticələndi –-VİDEO

Rusiyanın Samara vilayətində uşaqların səhvi fəlakətə səbəb olub.

Azpost.info bildirir ki, məktəbdən qayıdan uşaqlardan biri çubuqla elektrik xəttinin naqillərinə toxunub. Bu zaman baş erən güclü elektrik cərəyanı hər 3 nəfəri vurub.  Uşaqlardan ikisinin vəziyyəti ağırdır.

Uşaqlardan biri əylənmək üçün çubuqla məftilə vurub, bu zaman məftildən qığılcım çıxıb.

Cərəyanı vuran üç oğlandan ikisi Samarada reanimasiyadadır. Birinin bədəninin 85 faizi, ikincisinin 45 faizi yanıb. Üçüncü yeniyetmə daha şanslı olub – zərbə onu kənara atılıb və ciddi xəsarət almayıb.

Möcüzəli şəkildə sağ qalan üçüncü uşaq SHOT teleqram kanalına deyib ki, onlar bunun baş verəcəyini gözləmirdilər.

Hər üç məktəbli bu il 9-cu sinfdə oxuyur. Dostlar və sinif yoldaşları bizə oğlanların firavan ailələrdə böyüdüklərini, yaxın dost olduqlarını deyiblər.

İndi iki məktəbli Samaradakı Seredavin xəstəxanasının yanıq mərkəzindədir.

Əvvəlki məqalə

Naxçıvan Kənd Təsərrüfatı Nazirliyində nöqsanlar aşkar edildi

Sonrakı məqalə

Xarici QHT-lər Azərbaycanın COP29 fəaliyyətini alqışlayan bəyanat yayıb