ÜST rəhbəri koronavirusun laboratoriya mənşəli olduğunu istisna etməyib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus SARS-CoV-2 laboratoriyasından sızıntı faktını istisna etmədiyini bildirib.

“RİA Novosti”-nin məlumatına görə, o bunu G7 liderlərinin sammitində deyib.

Qebreyesus qeyd edib ki, azı 174 milyon insan koronavirus infeksiyasına yoluxub və 3,75 milyon insan isə onun fəsadları nəticəsində həyatını itirib.

“Düşünürəm ki, insanlar bu virusun haradan gəldiyini öyrənməlidirlər. Onların buna haqqı var. Gələcəkdə pandemiyanın təkrarlanmasının qarşısını almaq üçün bu bizə lazımdır”, – deyə “Daily Mail” Qebreyesusdan sitat gətirib.

Onun sözlərinə görə, SARS-CoV-2-nin mənşəyi ilə bağlı istintaqın ilkin mərhələlərində Çin kifayət qədər “şəffaflıq və əməkdaşlıq” göstərməyib. Baş direktor hər bir fərziyyənin nəzərə alınmalı olduğunu bildirib.

“Xüsusilə işlənilməmiş məlumatların mübadiləsi ilə bağlı çətinliklər var idi… Ümid edirik ki, növbəti mərhələdə əməkdaşlıq daha yaxşı təşkil olunacaq”, – deyə ÜST rəhbəri qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Belçika millisi Rusiyanı darmadağın edib –

Sonrakı məqalə

Bayden və Makron G7 çərçivəsində Rusiya və Çini müzakirə ediblər