Üzərində telefon aşkarlanan şagirdlə bağlı qərar verilib

Bakıda keçirilən buraxılış imtahanında üzərində telefon aşkar edildiyi üçün prosesdən kənarlaşdırılan 9-cu sinif şagirdinin sentyabr ayında olacaq imtahanda iştirakına icazə verilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Bakıdakı Akademik Zərifə Əliyeva adına Liseyin 9-cu sinif şagirdi Nur Əhmədovanın Apellyasiya komissiyasının qərarına əsasən, üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün mayın 14-də keçiriləcək imtahanda və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirakına icazə verilməyib: “Lakin onun bu ilin sentyabr ayında keçiriləcək imtahanda iştirakına icazə verilib”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Liseyin 9-cu sinif şagirdi Nur Əhmədovanın gödəkcəsinin cibində telefon aşkar edildiyi üçün imtahana buraxılmamışdı. Bundan sonra onunla bağlı sosial şəbəkədə və mediada məlumatlar paylaşılıb, anası tərəfindən müraciət yayılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.