Üzərində telefon aşkarlanan şagirdlə bağlı qərar verilib

Bakıda keçirilən buraxılış imtahanında üzərində telefon aşkar edildiyi üçün prosesdən kənarlaşdırılan 9-cu sinif şagirdinin sentyabr ayında olacaq imtahanda iştirakına icazə verilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Bakıdakı Akademik Zərifə Əliyeva adına Liseyin 9-cu sinif şagirdi Nur Əhmədovanın Apellyasiya komissiyasının qərarına əsasən, üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün mayın 14-də keçiriləcək imtahanda və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirakına icazə verilməyib: “Lakin onun bu ilin sentyabr ayında keçiriləcək imtahanda iştirakına icazə verilib”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Liseyin 9-cu sinif şagirdi Nur Əhmədovanın gödəkcəsinin cibində telefon aşkar edildiyi üçün imtahana buraxılmamışdı. Bundan sonra onunla bağlı sosial şəbəkədə və mediada məlumatlar paylaşılıb, anası tərəfindən müraciət yayılıb.

Əvvəlki məqalə

Anti-Ukrayna çıxışıları ilə tanınan Rusiya yazıçısının maşını partladıldı –

Sonrakı məqalə

“Yazıçı Prilepinə qarşı sui-qəsd cəhdinə görə ABŞ və Britaniya məsuliyyət daşıyır”