Vətəndaşın kart məlumatı ələ keçirildi, 11 min manatı oğurlandı

İyunun 2-də bank kartı məlumatlarının daxil edildiyi hansısa alış-veriş və xidmət sahələrinə aid olan saytdan vətəndaşın şəxsi məlumatları götürülərək 11205 manat oğurlanaraq naməlum hesaba köçürülüb.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat verib.
İyunun 3-də isə ayrı-ayrı vətəndaşlara məxsus 1350, 700, 220, 3028, 2050, 200, 4800, 68, 95, 100, 8978, 180, 48, 73, 1014, 210, 470, 800 manat pul vəsaitləri isə bank kartı sahibinin şəxsi məlumatları aldadılıb alınmaqla oğurlanıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bakı şəhərində vətəndaşların bank kartlarına müdaxilə etməklə pul vəsaitlərini oğurluq və dələduzluq yolları ilə talayan 3 nəfər şübhəli şəxs müəyyən olunaraq tutulub.
Əvvəlki məqalə

Prezident Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edir

Sonrakı məqalə

2024-cü ildə aviaşirkətlərin gəlirləri 1 trilyon dollar artacaq