Vətəndaşlar ötən il içkiyə və siqaretə 2 milyard 288 milyon manat xərcləyib

15 Yanvar 2022 - 15:05

Ötən il Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 2,288 mlrd. manat xərclənib.

Dövlət Statistika Komitəsinin hesabatına görə, bu rəqəm 2020-ci il ilə müqayisədə 0,3% artıb.

Təkcə 2021-ci ilin dekabr ayında sözügedən göstərici 378,8 mln. manat təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə 2,2 dəfə artıb.