“Vətənpərvərlik tərbiyəsinin inkişafı” layihəsinin və kitabının təqdimat mərasimi keçirilib –FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyə dəstəyi verdiyi, “Qayğı və Himayə” Xeyriyyə Fondu tərəfindən həyata keçirilən “Vətənpərvərlik tərbiyəsinin inkişafı” layihəsinin icrasına uğurla davam etdirilir.

2 ay müddətində həyata keçirilən ədəbi-kreativ layihə haqqında fondun rəhbəri Gülayə Rzayeva açıqlama verib. G.Rzayevanın bildirdiyinə görə, reallaşdırılan ikiaylıq layihə 1 may – 31 iyun 2024-cü il tarixlərini əhatə edir və məhsuldar fəaliyyət planı ilə ölkə ictimaiyyətinin diqqətini cəlb edilib. Layihə şərivəsində vətənpərvərlik əsərlərindən ibarət toplu da nəşr olunub.

Bu günlərdə isə layihənin, eləcə də nəşr olunan kitabın və fəaliyyətlərin real və virtual tanıtım/təqdimat mərasimləri təşkil olunub.

İlk real tanıtım/təqdimat mərasimi bu günlərdə baş tutub. Belə ki, iyun ayının 7-də Bakı şəhər, Sabunçu Rayonu, Zabrat qəsəbəsində fəaliyyət göstərən Zəngilan Uşaq Musiqi məktəbində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Vətənpərvərlik tərbiysinin İnkişafı” layihəsi çərçivəsində yenicı çapdan çıxmış “Vətən Dərsi” adlı kitabının gənc oxucular üçün təqdimat mərasimi keçirildi.

Tədbir Dövlət himninin səsləndirilməsi və Şəhidlərin ruhunun birdəqiqəlik sükutla açıldı.

Zəngilan Uşaq Musiqi məktəbinin direktoru Rövşən Həziyev məclisdəkiləri və qonaqları salamladı, belə aktual layihələrin və kitabın gənc nəslin formalaşmasındakı rolunu vurğuladı.

Daha sonra “Qayğı və Himayə” Xeyriyyə Fondunun və layihənin rəhbəri Gülayə Rzayeva geniş çıxışında fəaliyyətləri və təqdimatı keçirilən kitab haqqında geniş məlumat verdi. O, tədbirin keçirilməsində xidməti olanlara qurum adndan təşəkkürlərini çatdıraraq bildirdi:

“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyə dəstəyi verdiyi “Vətənpərvərlik tərbiyəsinin inkişafı” ikiaylıq layihəsi “Qayğı və Himayə” Xeyriyyə Fondu tərəfindən 1 may 2024-cü il tarixindən etibarən həyata keçirilməyə başlanılıb.

Bu layihə çərçivəsində bir neçə fəaliyyət istiqamətində işlər görülüb ki, onların da əsas məqsədi vətənpərvərliyin yeni nəsil arasında təbliği, Qarabağ Zəfərinin yaradıcı şəxslərin ədəbi-bədii nümunələri formasında ideoloji-mədəni sərvətə çevrilməsini özündə birləşdirirdi.

Məlumdur ki, gənclər hər zaman fərqliliyi, modernliyi sevir, Qarabağda qazanılan Qələbə də gənclərimizin formalaşmasında xüsusi təsiri var. Vətən müharibəsinində qazanılan Böyük Zəfərdən bizi illər ayırdıqca, yeni nəsilin əsl vətəndaş kimi formalaşmasında Qarabağdakı mübarizəmizin, qanlar və canlar hesabına qazanılan Qələbə, eləcə də antiterror əməliyyatındakı hərb sənətinin uğurlarını – enerjisini Azərbaycanın inkişafına yönəltmək üçün yeniyetmə və gənclərin yeni trendinə mevirmək vacibdir.

Layihə çərçivəsində nəşrə hazırlan “Vətən dərsi” ədəbi-bədii, poetik toplu və onun elektron formasında gənclərə motivasiya verilməsinə xidmət edir. İctimai-humanitar fikrimizdə yeni trend vətəndar – vətəni sevmək, lazımi məqamda Azərbaycan üçün canından keçmək, dünyanın harasından yaşamasından asılı olmayaraq, ölkəmizin, xalqımızın inkişafına, Qarabağın dirçəlməsinə yardımçı olacaq yeni nəslin mənəvi-əxlaqi, intellektual-kreativ yetişməsinə, gənclərin mənəvi cəhətdən inkişafı üçün şair və yazıçıların yaratmış olduqları vətənpərvərlik əsərlərinin xüsusi rolu vardır. Vətənpərvərlik mövzusunda ədəbi-poetik əsərlər vasitəsilə yeni nəsil oxuculara müsbət dəyərlər aşılanması nəzərdə tutulub.

Layihə çərçivəsində əsas fəaliyyətlər paytaxt Bakıda həyata keçirilsə də, kitab üçün materiallar toplamaq üçün müxtəlif bölgələrə səfərlər edilib. İnternet – sosial şəbəkələr vasitəsilə respublikamızda və soydaşlarımız yaşayan ölkələrdə yaşayan 55-60 milyonluq soydaşlarımızın yaşadığı məkanları əhatə edilməsi nəzərdə tutulub. Eyni zamanda kitab üçün materiallar hazırlanan zamanı gənc nəslin qəbul etdiyi modern, qısahəcmli və tez yaddaqalan ədəbi nümunələrə, poetik məhsullara xüsusi diqqət ayrılıb.

Ənənəvi – ədəbiyyat və yeni sənət formaları özündə birləşdirməklə məktəblilər, yeniyetmələr, gənclər və tələbələr, eləcə də diaspor gəncləri arasında hərbi-vətənpərvərliyi gücləndirməyi, yeni texnoloji-estetik formaları populyarlaşdırılmasını nəzərdə tutan kitabın nəşrinə, eləcə də reallaşdırılan layihəyə verdiyi dəyərə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə xüsusi minnətdarlığımızı bildiririk.”

“Ədəbiyyat qəzeti”nin şöbə redaktoru, şair-publisist Sərvaz Hüseynoğlu “Vətən dərsi” kitabı haqqında geniş məlumatları tədbir iştirakçılarına çatdırdı, layihənin aktuallığını xüsusi qeyd etdi.

Sonra çıxış edənlər – Zəngilan Uşaq Musiqi məktəbinin müəllimləri Könül Bayramova, Tərifə

Kərimova, Nahidə Musayeva, Şahin Əliyev, Könül Əliyeva, Nərgiz Allahverdiyeva, Tamara

Abasova, Aydın Mönsümov və başqaları layihənin aktuallığını vurğuladılar, gələcəkdə davamının reallaşdırılmasının vacibliyini söylədilər.

Sonda ədəbi-musiqili konsert baş tutdu, müzakirə baş tutdu, suallar cavablandırıldı, şəkillər çəkildi.

Əvvəlki məqalə

Şamaxıda avtomat satmaq istəyən şəxs saxlanılıb

Sonrakı məqalə

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib