Vərəm diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı açıqlandı

Ötən il ilk dəfə qoyulmuş vərəm diaqnozu ilə 2 877 nəfər qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, onlardan 2 284 nəfər ağciyər, 152 nəfər sümük və oynaqların vərəmi, 29 nəfər sidik – cinsiyyət yollarının vərəmi, 254 nəfər vərəmli plevrit, 27 nəfər döş qəfəsidaxili limfa düyünlərinin vərəmi, 1 nəfər bronxların vərəmi ilə ilə qeydə alınıb.

Tibb müəssisələrində vərəm diaqnozu ilə qeydiyyatda olan xəstələrin cəmi sayı isə 6 min 337 nəfər olub.

Qeyd edək ki, ilk dəfə qoyulmuş diaqnozla 2018-ci ildə 3 762, 2019-cu ildə 3 613, 2020-ci ildə 2 558, 2021-ci ildə isə 2 535 nəfər vərəm xəstəliyi diaqnozu ilə qeydə alınıb.

Əvvəlki məqalə

Paşinyan Zaxarovaya cavab verməkdən imtina etdi

Sonrakı məqalə

“Türkün yolu türk yurdu Zəngəzurdan keçər”