“Vətənpərvərlik yarışına ehtiyac yoxdur” –Peskovla Kadırov arasında “söz atışması”

“Çeçenistan lideri Ramzan Kadırovun vətənpərvərlik yarışları keçirməsinə ehtiyac yoxdur”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Kimin daha vətənpərvər olması ilə bağlı rəqabətə ehtiyac yoxdur. Xüsusən də hamımız öz ölkəmiz və prezidentimiz ətrafında birləşməyə ehtiyac duyduğumuzda”, – Kreml sözçüsü bildirib.

Qeyd edək ki, Kadırov Peskovu teleaparıcı İvan Urqantı “böyük vətənpərvər” adlandırdığına görə tənqid etmişdi. O, özünün “Telegram” kanalında kinayə ilə “deyəsən, xəbərim olmadan vətənpərvərlik anlayışına dəyişiklik edilib” yazmış və Peskovun prioritet şkalasını qeyri-yetkin adlandırmışdı: “Mən heç bilmirdim, sən demə, öz ölkəsinin vətənpərvərinə çevrilmək üçün Rusiyanın hərəkətlərini tənqid etməlisən, xaricə getməlisən, adının ətrafında yüksək səslə və pafosla səs-küy yaratmalısan, qarşıdurma bir qədər səngiyəndə də heç nə olmamış kimi geri dönməlisən”.

Çeçenistan lideri general-leytenant rütbəsi alarkən Peskovun sərgilədiyi mövqedən də narazı qalıb. Peskov rütbənin verilməsi ilə bağlı fərmanı görmədiyini deyərək şərh verməkdən imtina etmişdi. “Biz bütün təhlükəsizlik qüvvələri və gecə-gündüz xüsusi əməliyyat keçirən könüllülərlə buradayıq. Siz “fərmanı görmədim” demək yerinə, bizi ruhlandıran və ya daha uyğun bir şərh verə bilərdiniz”.

Azpost.info

Əvvəlki məqalə

Zelenski kütləvi qırğının baş verdiyi Buçaya gedib

Sonrakı məqalə

“Düzgün qərar vermişəm” –