Zelenski kütləvi qırğının baş verdiyi Buçaya gedib

Ukrayna Prezidenti Vladimir Zelenski mülki əhalinin qətliamına dair sübutların tapıldığı Buçaya gedib.

BBCnin məlumatına görə, Ukrayna lideri məhv edilmiş Rusiya texnikasının olduğu yola baxış keçirib, yerli sakinlərlə söhbət edib.

O deyib ki, Rusiya Ukraynada hərbi cinayətlər törədir.

“Hələ də Rusiya ilə sülh danışıqlarının mümkünlüyünü düşünürsünüzmü” sualına Zelenski belə cavab verib: “Bəli, çünki Ukrayna sülh tapmalıdır. Biz 21-ci əsrin Avropasındayıq. Diplomatik və hərbi səylərimizi davam etdirəcəyik”.

Qeyd edək kI, Rusiya öz hərbi qüvvələrinin Buçadakı qırğınlarda iştirakını inkar edir.

Əvvəlki məqalə

I Qarabağ müharibəsi ilə bağlı 100 nəfərə aid meyit qalıqları Azərbaycana verilib

Sonrakı məqalə

“Vətənpərvərlik yarışına ehtiyac yoxdur” –