“Vəzifəli şəxslər, o cümlədən bələdiyyə üzvləri namizəd üçün imzatoplamada iştirak edə bilməz”- MSK sədri

Deputatlığa namizədlər imzatoplama zamanı diqqətli olmalı və imzaları qanunvericiliyin tələbinə uyğun toplamalıdırlar.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, vəzifəli şəxslər, o cümlədən bələdiyyə üzvləri namizəd üçün imzatoplamada iştirak edə bilməz: “Bu cür məsələlərdə namizədlər diqqətli olmalıdır. Biz çalışırıq ki, məsələləri namizədin xeyrinə həll edək, lakin bu cür məsələlər olduğu halda biz namizədə kömək edə bilmirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Tovuzda törədilən cinayət dövlət başçısının xüsusi nəzarətindədir”

Sonrakı məqalə

“DSK-ların qərarları ləğv ediləndə bəziləri buradan qəhrəman kimi çıxırlar”