Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Valideyn-müəllim əməkdaşlığının gücləndirilməsi” layihəsinin ilk tədbiri keçirilib

User 10 İyun 2026 - 10:37 (Last updated: 10 İyun 2026 - 11:09)
qht valideyn

“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən “Valideyn-müəllim əməkdaşlığının gücləndirilməsi” layihəsinin ilk tədbiri 9 iyun 2026-cı il tarixində Quba şəhərində “Qızıl qaya” restoranında keçirilib.

Qeyri-formal, səmimi mühitdə keçirilən tədbirdə Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Aynur Yəhyayeva, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi Vasif Əstanov, məsləhətçisi Vüsal Məstalıyev, Bakı, Quba, Xaçmaz, Salyandan gələn qonaqlar, ekspertlər, Quba məktəblərindən valideynlər və müəllimlər, məktəb direktorları və psixoloqlar iştirak edib.

Layihə rəhbəri Şahin Rəcəbovun moderatorlugu ilə “Təhsilin əsas tərəfdaşları: valideyn və müəllim kimdir?” (“Valideynin hüquq və vəzifələri”, “Müəllimin hüquq və vəzifələri”); Valideyn-müəllim-şagird əməkdaşlığı” (“Müəllimlərə necə dəstək olmaq olar, əməkdaşlığı necə qurmaq olar”, “Əməkdaşlığın prinsipi, formaları və faydaları”, “Ailə-məktəb münasibətləri, qarşılıqlı öhdəliklər”, “Valideyn-müəllim-şagird üçbucağı”); “Valideyn-müəllim-şagird əməkdaşlığı” (“Müəllimlərə necə dəstək olmaq olar, əməkdaşlığı necə qurmaq olar”, “Əməkdaşlığın prinsipi, formaları və faydaları”, “Ailə-məktəb münasibətləri, qarşılıqlı öhdəliklər”, “Valideyn-müəllim-şagird üçbucağı”); Uşaqların təhsil problemləri” (“Uşaqların hansı hüquqları var və onlar necə təmin edilməlidir”, “Uşaqla necə dost olmaq olar, özgüvəni necə yaratmalı, uşaq arzularına diqqət, uşaqla rəftarın pedaqoji xüsusiyyətləri”, “Müasir dövrdə valideyn-uşaq münasibətləri problemlərinin psixoji aspektləri, uşaqlara özlərini qorumaq üçün nələri izah etmək lazımdır”); Münaqişələr və zorakılığın təsiri” (“Ailə daxili münaqişələrin və ailədə zorakılığın uşaqlara təsiri”, “Məktəbdə büldinqin fəasdları. Müəllim və valideyn dəstəyi”); “Uşaqların sağlamlığı, gigiyenası və təhlükəsizliyi, icma əməkdaşlığı” (“Ailədə və məktəbdə sağlam həyat tərzinin təşkili”, “Uşaqların mobil telefonlar, intenet və sosial şəbəkələrdən istifadəsi, uşaqların və ailənin informasiya təhlükəsizliyi”, “Məktəbdaxili, məktəbətrafı icma əməkdaşlığının qurulması və faydaları”) mövzularında maraqlı müzakirələr keçirildi. Məktəb iştirakçıları maraqlı təkliflərlə çıxış ediblər.

Ölkənin 4 regionunu (Quba, İsmayıllı, Masallı, Astara) əhatə etməklə 3 ay müddətində icra olunacaq layihənin əsas məqsədi qeyri formal mühitdə valideynlərlə müəllimlərin əməkdaşlığının gücləndirilməsi, valideynlər üçün  uşaqların hüquq və təhsilinə yönəlik pedaqoji maarifləndirməni, gəzinti istirahətini təşkil etməkdir. Layihə çərçivəsində hər rayonda 16 valideyn, 4 müəllimin iştirakı ilə qeyri-formal mühitdə valideyn-müəllim əməkdaşlığının formalarının müzakirəsi, uşaqlara yönəlik valideynlərim pedaqoji maarifləndirilməsi və iştirakçıların gəzinti istirahəti üçün yay əməkdaşlıq düşərgəsinin təşkili nəzərdə tutulub. Müzakirələrin nəticələri üzrə təkliflərinin hazırlanaraq aidiyyəti orqanlara çartdırılması, tədbirlərin sosial şəbəkələrdə videoçarxlarla yayılması nəzərdə tutulur.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə yanaşı, layihənin icrasında tərəfdaşlarımız Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Mərkəzi və yerli İcra Hakimiyyətləri, Regional Təhsil İdarələri, Təhsil sektorları, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq nəzərdə tutulub.

Layihə üzrə növbəti tədbir İsmayıllıda keçiriləcək.

Fotolar

AzPost.az

Post navigation

Previous: Bu günə olan valyuta məzənnələri
Next: Sosial ödənişlərin məbləği açıqlanıb

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.