“Vaqner”in rəhbəri yenə nazir Şoyqunu hədəfə aldı –"Kürəkəni ombasını oynadır, qızı yağlı həyat yaşayır"

“Vaqner”in rəhbəri Yevgeni Priqojin Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun qızımı və kürəkənini sərt tənqid edib.

Azpost.info bildirir ki, Priqojin “1+1” telekanalına müsahibəsində onların ünvanına təhqirlər səsləndirib, “elita uşaqlarını” emosional şəkildə qınayıb. Priqojin deyib ki, Şoyqunun qızı Kseniya Kronştadda qala açmaqdansa silah-sursata pul xərcləməlidir, əri, bloger Aleksey Stolyarov “ombalarını oynatmamalıdır”.

“Kürəkən iombalarını oynada-oynada  Şoyqunun yanına gedir, qızı Kronştadtda qalalar  açır. Bu qalalar üçün pul qazanmısan? Ay qancıq, sən pullarını silah-sursat almağa xərclə”-deyə Priqojin hirslə deyib.

“Bu xüsusi əməliyyatı biz düzüb-qoşmamışıq. Amma qonşularımızın üstünə getmişiksə, sona qədər getməliyik. Amma məlum olur ki, kişilər döyüşür, amma kimlərsə kənardan baxır. Şoyqunun kürəkəni Birləşmiş Ərəb Əmirliklərinə necə gedib orada dalını əsdirə bilər?”- deyən Vanqer rəhbəri onu qeyri-ənənvi cinsi azlığın nümayəndəsi olmaqda ittiham edib.

 O əlavə edib ki, elitanın övladları özlərinə “yağlı, qayğısız həyat” imkanını əsirgəmirlər: “Təkcə elitanın övlad sahibi olması vacibdir. Elitanın övladları özlərini yağlayıb internetdə göstərəndə, sink tabutlarda sadə insanların uşaqlarının parçalanmış cəsədləri  olur” deyə Priqojin əlavə edib.

Priqojin müsahibəsində Ukrayna ordusunu dünyanın ən güclü ordularından biri adlandırıb. Bundan əlavə, o, müharibənin ukraynalıları dünyanın ən məşhur xalqına çevirdiyini bəyan edib.

Azpost.info

Əvvəlki məqalə

Bakıda 18 yaşlı qız itkin düşüb

Sonrakı məqalə

Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində vəfat edib