“Vasif Talıbova dedim ki, Bakıya xalça apara bilmərəm” –

Rafael Dadaşova yubileyində pul “konvert”ləri veriblər
23 Noyabr 2019 - 13:22

“Vasif müəllimə dedim ki, mənə xalça lazım deyil, özümlə Bakıya xalça apara bilmərəm. O da dərhal başa düşdü ki, mən nəyi nəzərdə tuturam, yəni, “konverti…”

 

Azpost.info etikxeber.az-a istinadla  xəbər verir ki, bunu tanınmış sənətkar, Xalq artisti  Rafael Dadaşov “Zaurla Günaydın” verilişində deyib.

O, qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov  1996-97-ci illərdə onun və anası, tanınmış aktrisa Sofa Hüseynovanın  50 və 70 illik yubiley  gecələrini təşkil edib:

“Vasif müəllimin göstərişi ilə mənim 50 illik yubileyimi çox təmtəraqlı şəkildə qeyd etdilər. Məndən qabaq isə anamın yubileyini keçirdilər, onu da çox yüksək səviyyədə. Qeyd edim ki, hər ikimizin yubileyi eyni ilə düşürdü, anamın 70, mənim 50 yaşım tamam olurdu. Ona görə 1996-cı ildə anamın, bir il sonra mənim yubileyim keçirildi

Vasif müəllim başda olmaqla, 30-a yaxın insan mərasimdə anamı təbrik etdi, hər biri ona gözəl xalça həddiyə etdi. Hardasa 30-a yaxın xalça idi. Dediyim kimi,  anamın yubileyindən bir il sonra isə mənim 50 illiyim yüksək şəviyyədə təşkil edildi.

Vasif müəllimə yarızarafatla dedim ki, mən özümlə Bakıya xalça apar bilmərəm. O da yarızarafatla deyilmiş olsa da, mənim dediyimi dərhal tutdu, yəni, “konvet” məsələsini. Sonra mənə gözəl bir meşəlik var, orada yubiley qonaqlığı təşkil edildi, hardasa yüz nəfərlik. Hamısı mənə xalça əvəzinə xalçanın dəyəri həcmində “konvert”, yəni, içində pul olan “konvert” hədiyyə etdi”-deyə, o, sözlərinə əlavə edib.