Vasif Talıbovun prokuror qardaşı vəzifəsindən azad edilib

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifəsindən azad olunub.

Məhərrəm Talıbov ərizə ilə işdən azad olunmasını istəyib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təsdiq ediblər.

Qeyd olunub ki, hələlik onun yerinə təyinat yoxdur.

M.Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.