Azərbaycan elminə böyük itki üz verib. Modern.az xəbər verir ki, şərqşünas alim, böyük ziyalı, “Qurani-Kərim”in Azərbaycan dilinə tərcüməçisi, akademik Vasim Məmmədəliyev haqqın dərgahına qovuşub.
Modern.az-ın məlumatına görə, akademik son günlər xəstəxanada müalicə olunurdu.
Vasim Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub. 1964-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.
1978-ci ildə professor elmi dərəcəsinə yiyələnən Vasim Məmmədəliyev 1992-ci ildə respublikanın əməkdar elm xadimi fəxri adina layiq gorülüb. 2002-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasinin akademiki seçilib.
20 kitabın, 600-dən çox elmi məqalənin müəllifidir. Əsərləri dünyanin 15-dən artıq ölkəsində nəşr edilib. Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə birgə “Qurani Kərim”i ilk dəfə Azərbaycan dilinə tərcümə edib.
Allah rəhmət eləsin.